ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin bərpasına dəstək vermək niyyətindədir

Li Litzenberqer

© APA | Li Litzenberqer

# 22 noyabr 2021 15:27 (UTC +04:00)

“ABŞ-ın yeni Bayden administrasiyası Cənubi Qafqazla, Azərbaycanla yaxından maraqlanır”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

“Siz ABŞ rəsmilərinin Azərbaycan hökuməti ilə təmaslarını görə bilərsiniz, Blinken Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi saxlayır, bu yaxınlarda Dövlət Departamentindən də səfər oldu”. - səfir vurğulayıb.

Li Litzenberqer Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunub: “Əlaqələrin normallaşması, iki ölkə arasında münasibətlərin bərpası üçün regionda yeni imkanlar var. Biz ABŞ olaraq bu prosesə dəstək vermək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR