ABŞ Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsini alqışlayır

ABŞ Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsini alqışlayır
# 06 iyul 2021 15:05 (UTC +04:00)

ABŞ iyulun 3-də Azərbaycan tərəfindən saxlanılan 15 erməninin sərbəst buraxılması, onların Ermənistana qayıtmasını, həmçinin Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını alqışlayır.

APA-nın xəbərinə görə bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, bu, iyunun 12-də Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadilənin davamıdır.

"ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə reallaşdırılan bu səy Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini də qiymətləndirir. ABŞ saxlanılanların hamısının geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı çağırışlarını davam etdirir.

Biz regionda əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında, münaqişənin hərtərəfli və dayanıqlı siyasi həlli üçün substantiv danışıqlarda iştirak etməyə çağırırıq", - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR