ABŞ Azərbaycanın enerji resurslarının Avropa və digər ölkələrə çatdırılmasını dəstəkləyir

Səfir Li Litzenberqer

© APA | Səfir Li Litzenberqer

# 10 sentyabr 2021 11:56 (UTC +04:00)

“Birləşmiş Ştatlar Azərbaycanın enerji resurslarının Avropa və digər ölkələrə çatdırılmasının dəstəklənməsində maraqlıdır”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ADA Universitetində keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışında deyib.

Səfir qeyd edib ki, enerji bazarı daha da inteqrasiya etdikcə, mühüm infrastruktur və tədarük marşrutlarının təhlükəsizliyi daha vacib məsələyə çevrilir: “İllər ərzində Azərbaycan, onun kommersiya və strateji tərəfdaşları dayanıqlı enerji infrastrukturu inşa edib.

Bura bizim Azərbaycan Neft Platforması Müdafiə layihəsi ilə bağlı tərəfdaşlığımız aiddir. Bu 21.5 milyon dollarlıq təşəbbüs Azərbaycan Dövlət Sərhəd Xidmətini təlim və dəniz avadanlığı ilə təmin edir.

Bu, bizim Azərbaycanlı tərəfdaşlarımıza öz dəniz aktivlərini potensial təhlükələrdən qorumağa daha yaxşı qorumağa imkan verir.

İstənilən növ enerji pozuntuları böyük çətinliklər yarada bilər. Keçən il pandemiyada gördüyümüz kimi, enerji bazarlarına zərbələr çox vaxt gözlənilməz olur və davamlı təsiri mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR