ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”

ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”
# 09 iyun 2021 13:39 (UTC +04:00)

“Azərbaycan güclü tərəfdaş ölkədir”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

O, ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR