ABŞ dövlət katibi Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib

Entoni Blinken

© APA | Entoni Blinken

# 17 noyabr 2021 08:06 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

APA-nın xəbərinə görə, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", ABŞ dövlət katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR