ABŞ Dövlət katibi və Çavuşoğlu Qafqazdakı son vəziyyəti müzakirə edib

Mövlud Çavuşoğlu, Entoni Blinken

© APA | Mövlud Çavuşoğlu, Entoni Blinken

# 01 dekabr 2021 17:55 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN rəhbəri "Twitter"də bildirib.

Görüş NATO ölkələri XİN başçılarının sammiti çərçivəsində baş tutub.

Mövlud Çavuşoğlunun sözlərinə görə, görüşdə ABŞ-Türkiyə münasibətləri, eyni zamanda Efiopiya, Ukrayna, Suriya və Qafqazdakı son vəziyyət müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR