ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək

Erika Olson

© APA | Erika Olson

# 02 noyabr 2021 10:56 (UTC +04:00)

ABŞ dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, xanım Olson regional əməkdaşlığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün noyabrın 2-dən 4-dək Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.

E. Olsonun Ermənistana səfəri çərçivəsində ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaq.

E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR