ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib

Li Litzenberger

© APA | Li Litzenberger

# 27 sentyabr 2021 11:13 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Twitter" hesabında bildirilib.

"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - səfirlik bildirib.

Qeyd edək ki, paylaşımda səfirin Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu II Fəxri xiyabanı ziyarətinin fotosu yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR