ABŞ səfiri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün təşkil olunmasını yüksək qiymətləndirib

Li Litzenberger

© APA | Li Litzenberger

# 27 oktyabr 2021 14:09 (UTC +04:00)

“ABŞ münaqişəsinin həllində tərəflərin bir araya gəlməsi, məsələnin danışıqlar yolu ilə həll edilməsi məqsədinə sadiqdir”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir ABŞ-ın bu istiqamətdə hələ də aktiv rol həyata keçirdiyini bildirib: “Mina xəritələrinin mübadiləsi məsələsində ABŞ çox aktiv rol oynayıb. Eyni zamanda Nyu-Yorka həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib. Bu görüşün təşkil olunmasını yüksək qiymətləndiririk. Bu o deməkdir ki, biz tərəfləri bir araya gətirmək üçün fəaliyyətimizi davam etdiririk ki, birlikdə sülh prosesinə öz töhfəmizi verək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR