ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq

ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq
# 20 iyul 2021 19:52 (UTC +04:00)

“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib.

“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, - deyə səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR