ABŞ səfirliyi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Maykl Dikerson

© APA | Maykl Dikerson

# 28 may 2021 11:16 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Facebook" hesabında bildirilib.

“ABŞ-ın Bakıdakı səfirliyi adından Azərbaycan xalqına xoşbəxt və sağlam Respublika Günü arzulayıram. Bu gün biz Azərbaycan Cümhuriyyətinin qadınlara seçki hüququ verməklə Azərbaycanı dünyanın ilk dövlətlərindən biri və qadınlarla kişilərə bərabər siyasi hüquqları verən müsəlmanların çoxluq təşkil etdiyi ilk dövlət olmaq kimi nailiyyətlərini xatırlayırıq. Dünyanın COVID-19 pandemiyasından sonra normal vəziyyətə dönməsi ilə biz iqtisadi, təhlükəsizlik və yaxşı idarəetmə məsələlərindəki əla əməkdaşlığımızı davam etdirməklə yanaşı, amerikalıları və azərbaycanlıları bir araya gətirən proqramların yenidən başlamasını səbirsizliklə gözləyirik.

Respublika Gününüz mübarək!”, - deyə ABŞ səfirinin müavini Maykl Dikerson təbrik videomüraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR