Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlığını ifadə edib

Aİ Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlığını ifadə edib

© APA | Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar

# 20 iyul 2021 11:40 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycan Ermənistan dövlət sərhədində baş verənlərdən narahatlığını ifadə edib.
 
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.
 
"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır",  Aİ rəsmisi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR