Aİ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində təcrübəsini bölüşməyi təklif edir

Aİ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində təcrübəsini bölüşməyi təklif edir
# 06 oktyabr 2021 14:56 (UTC +04:00)

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

P. Mixalko bildirib ki, nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirlər: “Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”.

Diplomat Avropa İttifaqının COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR