Aİ Azərbaycandan səyahətlərə icazə verib

Aİ Azərbaycandan səyahətlərə icazə verib
# 30 iyun 2021 19:01 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

APA-nın "politico.eu"ya istinadən verdiyi xəbərə görə, qərar bu gün Aİ səfirlərinin iclasında verilib.

Yeni qərarla Kanada, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.

Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.

Təhlükəsiz səyahət siyahısı Aİ-yə üzv ölkələr üçün məcburi deyil, bu siyahı məhdudiyyətin hansı ölkələrə aid edildiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR