Aİ Komissarı: ""Şərq Tərəfdaşlığı" Sammiti bu ambisiyalı tərəfdaşlığa sadiqliyimizi bir daha sübut edəcək"

Oliver Varhelyi

© APA | Oliver Varhelyi

# 30 noyabr 2021 14:53 (UTC +04:00)

"Ötən il Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri ilə münasibətləri daha dərinləşdirməyə fokuslandı".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində deyib.

"Qarşıdan gələn Sammit də bizim bu ambisiyalı tərəfdaşlığa sadiqliyimizi bir daha sübut edəcək. Bu ölkələrlə tərəfdaşlığımız 2021-ci ilin iyulunda Avropa Komissiyası tərəfindən irəli sürülmüş gündəlik əsasında daha da genişlənəcək", - deyə o bildirib.

Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı qeyd edib ki, "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlıq barədə yenilənmiş gündəlik bərpa, dayanıqlılıq və və islahatlara yönəlib. O deyib ki, bu gündəlikdə əsas elementlərdən biri İqtisadiyyat və İnvestisiya Planıdır: "Aİ bu plan çərçivəsində "Şərq Tərəfdaşlığı" regionuna 17 milyard avro ayırıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR