Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Peter Mixalko

© APA | Peter Mixalko

# 04 avqust 2021 15:20 (UTC +04:00)

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara əsasən, Peter Mixalko Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təyin olunub. O, hazırda Aİ-nin Moldovadakı Nümayəndəliyinin rəhbəridir.

Daha əvvəl Peter Mixalko Slovakiyanın Yunanıstandakı səfiri olub.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri postunda çalışan Kestutis Yankauskas təşkilatın Qazaxıstandakı Nümayəndəliyin rəhbəri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR