Aİ-nin xüsusi nümayəndəsi Ağdam Dram Teatrının qalıqlarına baxıb

Aİ-nin xüsusi nümayəndəsi Ağdam Dram Teatrının binasının qalıqlarına baxıb

© APA | Aİ-nin xüsusi nümayəndəsi Ağdam Dram Teatrının binasının qalıqlarına baxıb

# 17 sentyabr 2021 16:16 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Dövlət Dram Teatrının binasının qalıqları ilə tanış olub.

APA-nın yerli bürosu xəbər verir ki, T. Klaar binanın fasad divarına baxıb, dağıntıları gözləri ilə görüb.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov T. Klaara ermənilərin işğal zamanı Azərbaycanın mədəni irsinə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verib. E. Hüseynov ermənilərin analoji əməlləri işğal etdiyi digər ərazilərdə də törətdiyini xüsusi nümayəndənin diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR