Aİ-nin Xüsusi Nümayəndəsi Azərbaycan və Ermənistanı delimitasiya, demarkasiya məsələsi ilə bağlı danışıqlara çağırıb

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar

© APA | Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar

# 29 iyul 2021 23:18 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistanı delimitasiya və demarkasiya məsələsi ilə bağlı danışıqlara çağırıb.

APA-nın xəbərinə görə, Toivo Klaar bu barədə "Twitter"də bildirib.

"Bu gün Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı müzakirələrim oldu.

De-eskalasiya üçün qüvvələrin ayrılması (uzaqlaşması) və delimitasiya, demarkasiya danışıqlarına başlamaq vacibdir. Nəticə etibarı ilə daha geniş sülh yolu ilə həllə ehtiyac var. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır", o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR