Aİ-nin xüsusi nümayəndəsi: "Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması vacibdir"

Toivo Klaar

© APA | Toivo Klaar

# 15 sentyabr 2021 00:34 (UTC +04:00)

"Ermənistan-Azərbaycan danışıqları üçün daha yaxşı mühitin formalaşdırılması məqsədi ilə sərhəddə gərginliyin azaldılması vacibdir".

APA-nın xəbərinə görə, Ermənistana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabındakı paylaşımında belə qeyd edib.

"Ermənistana yaxşı səfərimi ikigünlük intensiv görüşlərdən sonra başa vururam. Arazdəyənə səfərim Ermənistan və Azərbaycanın hərbi mövqelərinin həmişə necə yaxın olması barədə yaxşı təəssürat yaratdı. Danışıqlar üçün mühitə daha yaxşı töhfə vermək məqsədi ilə sərhəddə gərginliyin azaldılması vacibdir. Aİ dəstək verməyə hazırdır", - deyə T. Klaar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR