Aİ rəsmisi: “Biz Ermənistan və Azərbaycan arasında məsələ ilə bağlı Türkiyə və Rusiya ilə danışıqlar aparırıq”

Luk Pierre Devin

© APA | Luk Pierre Devin

# 01 dekabr 2021 17:08 (UTC +04:00)

"Düşünürəm ki, Avropa İttifaqı bacardığını edir. Avropa İttifaqının heç nə etməməsi ilə bağlı ittihamları qəbul etmirəm. Hətta deyərdim ki "Aİ kifayət qədər iş görmür" kimi fikirləri də qəbul etmirəm”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə Avropa Xarici Fəaliyyət İdarəsinin İcraçı Direktoru Luk Pierre Devin Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

O, üçtərəfli razılaşmanın sülh sazişi olmadığını deyib, bildirib ki, bu razılaşmanın bəndlərinin hamısı yerinə yetirilməyib: “Bu, həmin razılaşmanın zəmanətçisi kimi Rusiya üçün də bir növ uğursuzluqdur. Ancaq təbii ki, bu razılaşma danışıqlardan imtinadan daha yaxşıdır. Aİ bu ölkələrə humanitar yardım, minalardan təmizlənmə üçün vəsait ayırıb. Lakin Aİ-nin etdikləri sülhə nail olmaq üçün tərəflərin yaxşı niyyətini əvəz edə bilməz. Biz tərəflərlə işləyirik, bütün saxlanılanların və mina xəritələrinin mübadiləsi üçün tərəfləri təşviq edirik. Biz təbii ki, regiona iqtisadi investisiya yatırılmasını istəyirik, bunu dəstəkləyirik, lakin bunun üçün dayanıqlı sülh lazımdır.

Biz Türkiyə ilə danışıqlar aparırıq, bu yaxınlarda Toivo Klaar türkiyəli rəsmilərlə müzakirələr apardı. Rusiya və Aİ arasında münasibətlər hər zaman sadə olmasa da, biz Rusiya ilə də danışıqlar aparırıq, ümid edirik ki, Rusiya anlayır ki, bizi bunu sülh üçün edirik və başqa marağımız yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR