Aİ səfiri: "Enerji sahəsində Azərbaycanla strateji tərəfdaşlığımız var"

Kestutis Yankauskas

© APA | Kestutis Yankauskas

# 28 may 2021 11:56 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Nümayəndəliyinin “Facebook” səhifəsində bildirilib.

“Azərbaycanın Respublika Günü münasibətilə hər birinizi təbrik edirəm.

103 il əvvəl Azərbaycan Demokratik Respublikası qurulub. 30 il əvvəl, 1991-ci ildə xalq yenidən müstəqil dövlətini bərpa etdi. O vaxtdan etibarən Avropa İttifaqı ilə Azərbaycan öz aralarında tərəfdaşlığı, əməkdaşlığı inkişaf etdirir. Bizim enerji sahəsində çox qabaqcıl strateji tərəfdaşlığımız var və biz birlikdə nəqliyyat, bölgələrin inkişafı və demokratik idarəetmə sahəsində dayanıqlılığı artırmaq üzərində işləyirik, insanlar arasındakı əlaqələri təşviq edirik.

Mən Azərbaycan xalqına sülh, sabitlik, sağlamlıq və rifah arzu edirəm.

Respublika Günün mübarək, Azərbaycan!”, - deyə Aİ Nümayəndəliyinin rəhbəri təbrik videomüraciətində deyib.

© APA | Aİ Nümayəndəliyinin rəhbərinin təbrik videomüraciəti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR