Səfir: “Aİ-nin mina xəritələrinin təhvil verilməsi prosesində iştirakı Azərbaycanla tərəfdaşlığın nümunəsidir”

Səfir: “Aİ-nin mina xəritələrinin təhvil verilməsi prosesində iştirakı Azərbaycanla tərəfdaşlığın nümunəsidir”

© APA | Kestutis Yankauskas

# 14 iyun 2021 12:51 (UTC +04:00)

“Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsi çox vacib humanitar addımdır. Biz bunu alqışlayırıq”. 

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Film Festivalının açılışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, bu prosesdə Avropa İttifaqı da iştirak edib. 

“Ancaq təbii ki, ən önəmli işi Azərbaycan və Ermənistan görüb. Bu prosesdə iştirakımız Azərbaycanla tərəfdaşlığımızın nümunəsidir. Bizim tərəfdaşlığımızın siyasi aspekti regionda sabitlik, sülh və inkişafı əsas götürür. Bu siyasi əməkdaşlıq mədəni, humanitar əməkdaşlıqla bir arada olmalıdır”, - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR