Aİ “Şərq Tərəfdaşlığı” dövlətləri xarici işlər nazirlərinin görüşü keçirilir - FOTO

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 15 noyabr 2021 18:28 (UTC +04:00)

Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının rəsmi saytında bildirilib.

Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri idarəetmə və investisiya məsələlərini, eləcə də dayanıqlılıq, inkişaf və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsini müzakirə etmək üçün “Şərq Tərəfdaşlığı”ndan olan həmkarları ilə görüşür.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR