Aİ Şurasının prezidenti 15 erməni hərbçinin geri qaytarılmasını alqışlayıb

Aİ Şurasının prezidenti 15 erməni hərbçinin geri qaytarılmasını alqışlayıb

© APA | Şarl Mişel, Avropa İttifaqı Şurasının prezidenti

# 12 iyun 2021 21:36 (UTC +04:00)

"Mən Azərbaycan və Ermənistanın paralel humanitar addımlarını - saxlanılanların qaytarılması və  minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter"də bildirib.

"Bu, etimadın yenilənməsi istiqamətində ilk addımdır. Aİ bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək", - deyə Aİ Şurasının prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR