Aİ və ABŞ-ın birgə Bəyanatı: “Cənubi Qafqazda uzunmüddətli sülh, dayanıqlılıq və sabitlik istiqamətində işləməkdə qətiyyətliyik”

Aİ və ABŞ-ın birgə Bəyanatı: “Cənubi Qafqazda uzunmüddətli sülh, dayanıqlılıq və sabitlik istiqamətində işləməkdə qətiyyətliyik”
# 15 iyun 2021 21:32 (UTC +04:00)

Biz Avropa İttifaqının (Aİ) Şərq tərəfdaşlarının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyi davam etdirməkdə qərarlıyıq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqı - ABŞ sammitinin bəyanatının 28-ci maddəsində qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Aİ və ABŞ Cənubi Qafqazda uzunmüddətli sülh, dayanıqlılıq və sabitlik istiqamətində işləməkdə qətiyyətlidir.

“Biz Avropa İttifaqının Şərq tərəfdaşlarının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyi davam etdirməyə qərarlıyıq və biz Ukrayna, Gürcüstan və Moldova respublikalarında islahatlar yolunu dəstəkləyəcəyik. Biz Cənubi Qafqazda uzunmüddətli sülh, dayanıqlılıq və sabitlik istiqamətində işləməkdə qətiyyətliyik”, - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR