AK Partiya sədrinin I müavini : "Türkiyə olaraq Tunisdəki çevrilişə qarşıyıq”

AK Partiya sədrinin I müavini Numan Kurtulmuş

© APA | AK Partiya sədrinin I müavini Numan Kurtulmuş

# 26 iyul 2021 09:38 (UTC +04:00)

“Tunisdə bir çevriliş olub, bu, qəbuledilməzdir".

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

AK Partiya sədrinin I müavini deyib ki, Türkiyə hər zaman çevrilişlərə qarşıdır: “Cevrilişlərin hamısı olkələri on illərlə geri atır, cinayətdir. Biz Türkiyə olaraq Tunisdəki çevrilişə qarşı olduğumuzu bəyan edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR