AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib - VİDEO - YENİLƏNİB

AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib - VİDEO  - YENİLƏNİB

© APA | AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

# 26 iyul 2021 09:11 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.

APA-nın məlumatına görə, Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edən nümayəndə heyəti daha sonra Türk şəhidliyini ziyarət edib.

Qeyd edək ki, bu gün AK Partiyanın nümayəndə heyəti YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş nazirin müavini Əli Əhmədovla görüşəcək. AK Partiya nümayəndə heyəti 4 gün davam edəcək səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə də bir araya gələcək. Görüşlərdə AK Partiya və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.
İyulun 28-də Gəncədə YAP və AK Partiya arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək. Səfər N. Kurtulmuş və T. Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı ilə başa çatacaq.

Qeyd edək ki, N. Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətində AK Partiyanın xarici əlaqələr üzrə məsul nümayəndəsi Efkan Ala, baş katibi Fatih Şahin, partiyanın qadın təşkilatının sədri Ayşe Keşir, gənclər təşkilatının sədri Eyüp Kadir İnan, AK Partiya sədrinin müavininin köməkçisi Ahmet Büyükgümüş, xarici əlaqələr şöbəsinin müdirinin köməkçisi Mehmet Ceylan, baş katibin köməkçisi Türk İslam Karakoç və bəzi partiya mənsubları yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR