Akar: “Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 09 sentyabr 2021 15:45 (UTC +04:00)

Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarını 44 günlük Vətən müharibəsi zamanı azad etdiyini xatırladıb.

“Biz bundan sonra da qardaşlarımızın yanında olmağa davam edəcəyik”, - deyə H. Akar vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR