Ali Nümayəndə: ““Şərq Tərəfdaşlığı” Aİ-də prioritet olaraq qalır”

Cozep Borrell

© APA | Cozep Borrell

# 02 iyul 2021 18:16 (UTC +04:00)

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqının (Aİ) gündəliyində prioritet olaraq qalır.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

“Biz istəyirik ki, gözlənilməz çağırışlara və fürsətlərə cavab verən, gələcəyə köklənmiş gündəm quraq. Bizim işimizin əsasını demokratiyanı, yaxşı idarəetməni, qanunun aliliyini təşviq etmək təşkil edəcək. Bu, bizim əməkdaşlığımızın pozitiv və konkret nəticələri üçün çox vacibdir. Bura Belarus da daxildir”, - deyə C. Borrell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR