Almaniya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırır

Almaniya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırır
# 29 iyul 2021 16:07 (UTC +04:00)

"Almaniya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırır".

APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matthias Lüttenberq "Twitter"də bildirib.

"Ermənistanla Azərbaycan arasında yenidən şiddətli gərginləşmə dərin narahatlıq doğurur. Almaniya hər iki tərəfi atəşkəsi bərpa etməyə və insan həyatını qorumaq üçün əllərindən gələni etməyə çağırır", - deyə Matthias Lüttenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR