Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ağdama səfər edib.
APA-nın xəbərinə görə, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.
Səfər zamanı səfiri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann müşayiət edib.
Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda aparılan yenidənqurma işləri barədə məlumatlandırıb.