Almaniya səfiri Azərbaycan xalqının Qurban bayramını təbrik edib

Almaniya səfiri Volfqanq Maniq

© APA | Almaniya səfiri Volfqanq Maniq

# 20 iyul 2021 11:11 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, səfirliyin "Facebook" səhifəsində səfirin təbrik videomüraciəti paylaşılıb.

"Alman səfirliyi və öz adımdan Azərbaycanda və digər yerlərdə Qurban bayramını qeyd edən müsəlmanlara ən xoş arzularımı çatdırıram.

Keçən ildən fərqli olaraq 2021-ci ildə biz bayramı ailəmiz və dostlarımızla qeyd edə bilirik. Mən sizə sevinc və sağlamlıq diləyirəm. Empatiya və xeyirxahlıq bu bayramda qeyd olunan dəyərlərdir. Bunlar həmişə dəyərlidir.

Ümid edirəm ki yumşaldılmış atmosferə baxmayaraq, hamınız COVID-19 rejimi bağlı tətbiq olunan xüsusi rejiminin tezliklə aradan qaldırılması üçün lazımi ehtiyat tədbirlərinə əməl edəcəksiniz.

Bir daha Qurban bayramınız mübarək", - almaniyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR