Almaniya səfiri: “Son 30 ildə Qarabağda hər şey dağıdılıb”

Volfqanq Maniq

© APA | Volfqanq Maniq

# 21 iyun 2021 11:57 (UTC +04:00)

“Biz Qarabağda UNESCO missiyasının işinə dəstək verməyi nəzərdən keçiririk”.

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

O bildirib ki, hazırda texniki maneələr missiyanın səfərinə əngəl yaradır: “Almaniya olaraq biz missiyanın səfəri üçün maliyyə dəstəyi və ekspertiza cəhətdən dəstək verməyə hazırıq. Bu missiya ərazilərdə qiymətləndirmə apara bilər”.

Səfirin sözlərinə görə, UNESCO missiyası 30 il ərzində dağıdılan mədəni irslə bağlı qiymətləndirmə aparacaq: “Bildiyiniz kimi, son 30 ildə bu ərazilərdə hər şey dağıdılıb. UNESCO öz qiymətləndirməsini və monitorinqini edəcək, biz də Almaniya olaraq bu prosesə necə töhfə verəcəyimiz düşünəcəyik”.

V. Maniq qeyd edib ki, humanitar mina təmizləmə sahəsində kömək barədə müəyyən ideyalar var: “Almaniya-Azərbaycan Ticarət Palatası əlaqələr yaradır, Qarabağda yenidənqurma prosesində və buradakı iqtisadiyyatın qurulmasında iştirakda maraqlı olan şirkətlərə informasiya təklif edir. Ancaq təbii ki, bu, uzunmüddətli prosesdir, ərazilərin minalardan təmizlənməsi lazımdır. Regiona sabitlik gətirəcək siyasi prosesə ehtiyac var. Yəni, stabillik, minalardan təmizlənmə, təhlükəsizlik əsas şərtlərdir. Həmçinin biznes mühiti, qabiliyyətli işçilər və s. Almaniya şirkətləri üçün vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR