Almaniya səfiri: “Üçtərəfli bəyanata uyğun olaraq danışıqların davam edəcəyinə inanırıq”

Almaniya səfiri: “Üçtərəfli bəyanata uyğun olaraq danışıqların davam edəcəyinə inanırıq”

© APA | Volfqanq Maniq

# 21 iyun 2021 11:42 (UTC +04:00)

“Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı yekun nəticə hələ yoxdur. Lakin ilkin nəticələrə görə Ermənistanda vəziyyətin stabilləşəcəyini düşünmək olar”. 

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib. 

Səfir, vəziyyət stabilləşdikdən sonra üçtərəfli bəyanata uyğun olaraq Moskva, Bakı və İrəvan arasında danışıqların davam edəcəyinə inandığı bildirib. 

“Rusiya hökuməti danışıqları bərpa edəcək. Ümid edirik ki, bu müzakirələr səmərəli olacaq. İnanırıq ki, etimad və təhlükəsizliyi gücləndirən tədbirlər genişlənə bilər, eyni zamanda, qarşıdakı aylarda və illərdə iki xalq və ölkə arasında sülh istiqamətində inkişaf baş verə bilər”, - deyə Almaniya səfiri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR