Almaniya XİN Azərbaycan və Ermənistana çağırış edib

Almaniya XİN Azərbaycan və Ermənistana çağırış edib
# 10 noyabr 2021 12:01 (UTC +04:00)

Almaniya münaqişənin dayanıqlı həlli üçün Azərbaycan və Ermənistanı öz səylərini gücləndirməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də bildirib.

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəs rejiminə tam riayət etməyə və hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq münaqişənin dayanıqlı həlli üçün öz səylərini gücləndirməyə çağırırıq”, - XİN rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR