Almaniyalı deputat: “Azərbaycandakı mədəni müxtəlifliyin qədim kökləri var”

İPS ilə bağlı tədbir

© APA | İPS ilə bağlı tədbir

# 01 noyabr 2021 16:53 (UTC +04:00)

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) ilə bağlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Almaniya Bundestaqının deputatı Karl-Yuliud Kronenberq rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

ADU rekroru Kamal Abdulla bildirib ki, bu layihə tələbələr üçün böyük imkanlar açır. O, tələbələri layihədə aktiv iştirak etməyə çağırıb.

Sonra Almaniyanın Azərbaycandakı səfirin müavini çıxış edərək bildirib ki, Azərbaycan və Almaniya münasibətlərinin tarixi qədimdir: "Alman mühacirləri Azərbaycanda yaşayıb, 200 il əvvəl Helenendorf, Annelfeld adlı qəsəbələr salınıb. Bu gün də bu münasibətlərin gələcəyi parlaq görünür".

Daha sonra Almaniya Bundestaqının üzvü Karl-Yulius Kronenberq çıxış edib.

O bildirib ki, təmsilçisi olduğu FDP partiyası bu il sentyabrda keçirilən seçkilərdə iştirak edib və Bundestaqda təmsil olunacaq.

Deputatın sözlərinə görə, son iki ildir ki, pandemiya ilə əlaqədar xidməti səfərlər mümkün olmayıb. İki ölkənin rəsmiləri arasında görüş və müzakirələr rəqəmsal formatda reallaşıb: “Azərbaycandakı mədəni müxtəlifliyi, tolerantlığı səfərimin ilk günüdə hiss elədim. Buradakı mədəni müxtəlifliyin qədim kökləri var. Azərbaycan qədim ipək yolunun üzərində yerləşdiyi üçün tacirlər ticarətlə yanaşı bura öz ölkələrinin mədəniyyətini də gətiriblər. Müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb. Qadınlara seçim hüququ verilib ki, bu həmin dövrdə təkcə Şərqdə deyil həmçinin, Qərb ölkələrində də reallaşmamışdı".

Daha sonra deputat IPS proqramı barədə məlumat verib. "Şadam ki, çox sayda azərbaycanlı gənc bu proqrama maraq göstərir. Qeyd edim ki, hər il 120 gənc bu proqramda iştirak edir ki, bunlar da 50 müxtəlif ölkədən gəlir".

O qeyd edib ki, bu beş aylıq proqram martın 1-dən iyulun 31-dək davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR