Ana Birçall: ""Şərq Tərəfdaşlığı" sammitində qəbul olunacaq deklarasiyada ölkələr üçün siyasi siqnalın olması önəmlidir"

Ana Birçall

© APA | Ana Birçall

# 06 noyabr 2021 19:54 (UTC +04:00)

"Şərq Tərəfdaşlığı" bizim üçün hər zaman vacib layihə olub və bu belə davam edir.

Bunu APA-ya açıqlamasında Rumıniya keçmiş Baş nazirinin müavini Ana Birçall deyib.

"Mən Avropa məsələləri üzrə nazir olarkən, Baş nazirin müavini postunda çalışarkən "Şərq Tərəfdaşlığı"nı təşviq etmişəm və hazırda da Rumıniya bunun güclü təşviqatçısıdır. Mən qarşıdan gələn "Şərq Tərəfdaşlığı" sammitinin yekun deklarasiyasında ölkələrə uyğun olaraq fərdi yanaşmanın əks olunmasının tərəfdarıyam, çünki bu ölkələrin islahatlar istiqamətində etdikləri irəliləyiş, bu proqram çərçivəsində olan təkliflərin yerinə yetirilməsi sürəti eyni deyil bütün ölkələr eyni müsbət irəliləyişi göstərməyib", - A. Birçall.

A. Birçall onu da qeyd edib ki, bu ölkələrə Aİ-nin yanaşması nəticə-əsaslı olmalıdır. Proqramda Moldova, Ukrayna və Gürcüstan aktiv iştirakçılardır.

"Moldovadakı yeni hökumətlə bağlı xüsusi qeyd etməliyəm, yeni hökumətin liderliyi altında Moldova yüksəliş əldə edir. Rumıniya perspektivindən deyə bilərəm ki, biz hər zaman bu inteqrasiyanı dəstəkləyirik. Mən bir daha vurğulamaq istəyirəm ki, "Şərq Tərəfdaşlığı"nın gələcəyinə olan inamımızı itirməməliyik, bu vacibdir. Qarşıdan gələn sammit çox vacibdir. Ona görə də qəbul olunacaq deklarasiyada siyasi siqnalın olması önəmlidir, Aİ-nin malik olduğu ortaq dəyərləri təbliğ edəcəyi, bölüşəcəyi halda bu ölkələrin böyük Aİ ailəsinə qoşulmaq şansı olmalıdır.

Öz şəxsi fikrimi sizinlə bölüşərək deyə bilərəm ki, əgər bəzi ölkələr böyük irəliləyiş əldə edirsə, ancaq başqaları irəliləyiş əldə etmirsə onlara eyni yanaşmanı tətbiq etmək ədalətli deyil. Siz hər bir ölkənin individual nail olduqlarını qiymətləndirməlisiniz", - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR