Ann Linde: “Ermənistan-Azərbaycan sərhədində təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur”

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde

© APA | ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde

# 29 iyul 2021 23:26 (UTC +04:00)

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün "Twitter" səhifəsində yazıb.

O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb.

"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və

həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A.Linde qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR