AŞPA-da "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edilib 

AŞPA-da "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edilib 
# 27 sentyabr 2021 21:37 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün AŞPA-nın payız sessiyasında qəbul edilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hesabatda ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzular yer alıb.

Hesabatda həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək etməyə təşviq edilib.

Müzakirə zamanı avstriyalı deputat Stefan Şennak Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR