AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
# 13 sentyabr 2021 14:28 (UTC +04:00)

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27-30 sentyabr tarixləri arasında keçiriləcək payız sessiyası çərçivəsində Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavanın (İrlandiya) hazırladığı "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat dinləniləcək, bu barədə debat aparılacaq.

Bundan əlavə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, , Avropa Sağlamlıq və Qida Təhlükəsizliyi Komissarı Stela Kriakides, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto çıxış edəcək.

Sessiyanın gündəliyinə sosial hüquqları gücləndirməklə sosial etibarın bərpası və namus cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi kimi mövzular da daxildir.

Payız sessiyası yenə hibrid formatda keçiriləcək, üzv ölkələrin nümayəndələrinə uzaqdan və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR