ATƏT-in Baş katibi: “Ümid edirik ki, Rusiyanın Qarabağ nizamlanmasında iştirakı davam edəcək”

Helqa Şmid

© APA | Helqa Şmid

# 21 iyun 2021 15:59 (UTC +04:00)

“Rusiya XİN başçısı ilə görüşdə Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin işini müzakirə etdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ATƏT-in Baş katibi, xanım Helqa Şmid Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiyaya işini davam etdirməsinə görə təşəkkür edirik. Ümid edirik ki, Rusiyanın Qarabağ nizamlanmasında iştirakı davam edəcək. Hesab edirik ki, bu, sülhə nail olmaqdan ötrü mövqeləri yaxınlaşdırmaq üçün yaxşı meydançadır”, - deyə ATƏT Baş katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR