ATƏT sədri Moskvaya səfər edəcək

Ann Linde

© APA | Ann Linde

# 18 noyabr 2021 14:14 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu gün Moskvaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ann Linde noyabrın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ATƏT və Rusiya arasında əməkdaşlıq, ATƏT regionunda təhlükəsizlik problemləri müzakirə olunacaq.

Ann Linde ATƏT regionunda təhlükəsizlik və sabitliklə bağlı geniş spektrli regional və tematik məsələləri müzakirə etmək üçün Rusiyanın digər rəsmiləri ilə də görüşəcək.

Onu Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Mikko Kinnunen müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR