Avstraliya səfiri Azərbaycan xalqını təbrik edib

Avstraliya səfiri Azərbaycan xalqını təbrik edib
# 18 oktyabr 2021 15:44 (UTC +04:00)

Avstraliya səfiri Miles Armitac 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, səfir bu barədə "Twitter" hesabında paylaşım edib.

O, Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbriklər və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Miles Armitac Avstraliyanın Türkiyədə, paralel olaraq Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR