Bu gün Stokholm şəhərində ATƏT Parlament Assambleyasının (PA) Büro iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Kiprdən olan vitse-prezident İrene Çaralambides çıxışında Avropada cərəyan edən miqrant probleminə toxunub.
Kirpin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha effektiv həlli üçün Türkiyəyə verilən milyardlarla avro yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.
Milli Məclisin deputatı Azay Quliyev söz alaraq Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib və vurğulayıb ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, eləcə də belə selektiv və ikili yanaşma tamamilə əsassızdır.
Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Bu ölkə son 10 ildə qaçqın problemlərinin həlli üçün 40 milyard dollar xərcləyib və bunu gözardı etmək olmaz. Azay Quliyev sonda ATƏT və Aİ ölkələrini bu əhəmiyyətli məsələdə Türkiyəni maddi baxımdan dəstəkləməyə və Türkiyənin üzərində olan bu ağır yükü bölüşməyə çağırıb.
Azay Quliyev ATƏT PA-nın Büro iclasında Türkiyəyə qarşı ədalətsiz yanaşmaya etiraz edib
© APA | Azay Quliyev, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri
02 dekabr 2021 10:53 (UTC +04:00)
Xarici siyasət
Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir
14:15
25 aprel 2024
Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin növbəti iclası Türkiyədə keçiriləcək
13:54
25 aprel 2024
Rusiya XİN: 9 noyabr 2020-ci il üçtərəfli razılaşması öz aktuallığını qoruyur
13:52
25 aprel 2024
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
13:44
25 aprel 2024