Gələn il dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün ayrılacaq vəsait məlum olub.
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün 361 900 000 manat vəsait ayrılacaq.
Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə beynəlxalq münasibətlər üçün xərclərin 24 faiz artırılması nəzərdə tutulub. 2021-ci ildə bu məqsədlə 274 300 000 manat vəsait ayrılıb.
Qeyd edək ki, bu bölmə üzrə ayrılan vəsaitlər beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqların saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərin keçirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün nəzərdə tutulur.
Azərbaycan diplomatik nümayəndəliklərin saxlanılması və beynəlxalq fəaliyyət üçün xərcləri 24 faiz artırır
27 oktyabr 2021 11:11 (UTC +04:00)
Xarici siyasət
Yakub Koreyba: "Polşa daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
21:05
23 aprel 2024
Jan de Brabander: "Yaşıl enerjiyə keçid imkanlarının təşviqi çox önəmlidir"
20:26
23 aprel 2024
Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar
19:54
23 aprel 2024
Britaniyanın Azərbaycandakı sabiq səfiri: Sülh sazişi istiqamətində müsbət addımlar davam edəcək
19:28
23 aprel 2024