Azərbaycan Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlər irəli sürəcək

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 21 oktyabr 2021 17:01 (UTC +04:00)

Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürməsini planlaşdırır.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır: “Azərbaycanın əraziləri hərbi işğala, vətəndaşları etnik təmizlənməyə məruz qalmış ölkədir. Azərbaycan haqlı tərəfdir və tərəfimizdən bu işlərin sistemli şəkildə davam etdirilməsi təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR