Milli Məclisin sədri İrana səfər edib - YENİLƏNİB

İran Prezidentinin andiçmə mərasiminə qatılacaq Azərbaycan nümayəndə heyəti

© APA | İran Prezidentinin andiçmə mərasiminə qatılacaq Azərbaycan nümayəndə heyəti

# 05 avqust 2021 13:14 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədrinin İranın bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.

***

saat 11.05

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter"də bildirib.

"Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir", - deyə iranlı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR