Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib
# 02 noyabr 2021 18:27 (UTC +04:00)

27-28 oktyabr tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

Tərəflər, Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR