Azərbaycan səfiri Tacikistan XİN başçısına etimadnaməsinin surətini təqdim edib - FOTO

Əlimirzamin Əskərov, Sirociddin Muhriddin

© APA | Əlimirzamin Əskərov, Sirociddin Muhriddin

# 27 avqust 2021 10:51 (UTC +04:00)

Ötən gün Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri Əlimirzamin Əskərov Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinə etimadnaməsinin surətini təqdim edib.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı nazir Sirociddin Muhriddin yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Tacikistan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd edib və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Səfir Əlimirzamin Əskərov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Tərəflər Azərbaycan-Tacikistan arasında iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR