Azərbaycan səfiri: “Türkiyənin dəstəyini  hər gün  hiss etdik” - YENİLƏNİB

Azərbaycan səfiri: “Türkiyənin dəstəyini  hər gün  hiss etdik”  - YENİLƏNİB
# 05 noyabr 2021 22:06 (UTC +04:00)

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib ki, 30 il müddətində Azərbaycan torpaqları işğal edilməklə bərabər, günahsız insanlar qətlə yetirilib: “Heç bir beynəlxalq təşkilat buna dur demədi, müdaxilə etmədi və nəticədə Azərbaycan insanları "yetər artıq" deyərək türkün gücünü bir daha dünyaya göstərdilər”.

H.Akar daha sonra əlavə edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs bəyanatından sonra yurdlarından didərgin düşən azərbaycanlıların doğma ocaqlarına qayıtması üçün Azərbaycan və Türkiyə liderləri iradə ortaya qoydular. Buna görə də, Qarabağda bir daha savaş olmaması üçün hər bir tədbir görülməkdədir: "Biz gecə-gündüz çalışmaqla bütün tədbirlərimizi görürük. Silahlı qüvvələrimizin orada təlimləri davam edir".

***

21.35

"Azərbaycanın 44 günlük müharibəsində başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, nazirlər, rəsmilər olmaqla Türkiyənin dəstəyini hər gün hiss etdik. "

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov Azərbaycanın 8 Noyabr Zəfər Bayramı münasibəti ilə Ankarada keçirilən tədbirdə bildirib.

Səfir deyib ki, ona görə də bu qələbəni həm də Türkiyənin zəfəri hesab edir.

Tədbirdə Türkiyənin müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Türkiyə və Azərbaycanın parlament nümayəndələri, siyasətçilər, KİV nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR